Xəbər verdiyimiz kimi, QHT təmsilçiləri, ictimai fəallar və könüllülər Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Azərbaycan ərazilərində ermənilər tərəfindən təbii sərvətlərin qanunsuz istismarına və aidiyyəti qurumların həmin ərazilərdə monitorinqinə imkan verilməməsinə etiraz olaraq 2022-ci il dekabrın 12-dən Şuşa şəhəri yaxınlığında, Laçın-Xankəndi yolu üzərində dinc aksiya keçirirlər.

Aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Rusiya sülhməramlılarına məxsus təminat-təchizat avtomobilləri Laçın-Xankəndi yolu ilə maneəsiz hərəkət edirlər.

Yanvarın 7-də Laçın-Xankəndi yolundan Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin və sülhməramlılara məxsus maşınının növbəti dəfə maneəsiz keçidinə şərait yaradılıb. Rusiya sülhməramlılarına məxsus avtomobillər də aksiya ərazisindən sərbəst keçiblər.