“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşəbbüsü əsasında xalqımızın qəhrəmanlıq salnaməsi olan 20 Yanvar hadisələri və bu hadisələr zamanı şücaət göstərmiş dənizçilər haqqında bədii-sənədli film çəkilib. “20 Yanvarda doğulanlar” adlı filmin treyleri də yayımlanıb.

ASCO-dən bildirilib ki, filmin ssenarisi 1990-cı ilin 20 yanvar hadisələrinin şahidi olmuş dənizçilərin açıqlamaları və xatirələri əsasında yazılıb. Həmçinin ssenarinin ərsəyə gəlməsində o dövrün tarixçiləri, peşəkar ssenaristlər və hərbi ekspertlər də yaxından iştirak ediblər. Filmin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərovdur.

Film yanvarın 20-də İTV-də və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəsmi sosial şəbəkə hesablarında yayımlanacaq.