Beynəlxalq Muğam Mərkəzində (BMM) Azərbaycan poeziyasının tanınmış nümayəndəsi Xalq şairi Zəlimxan Yaqubun (1950-2016) doğum günü münasibətilə (21 yanvar) xatirə gecəsi keçiriləcək.

“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə yanvarın 18-də gerçəkləşəcək tədbirdə tanınmış ictimai xadimlər, söz adamları və incəsənət ustaları iştirak edəcəklər.

Gecənin bədii hissəsində Xalq artistləri Alim Qasımov, Mələkxanım Əyyubova, Gülyanaq Məmmədova, Əməkdar artist Elnarə Abdullayeva, Əməkdar mədəniyyət işçiləri – aşıqlar Zülfiyyə İbadova, Samirə Əliyeva, Nemət Qasımlı, Bəhmən Göyçəli, Ramin Qarayev və başqalarının ifaları dinləniləcək.