YARAT Müasir İncəsənət Mərkəzinin “Little YARAT” layihə çərçivəsində yanvar ayı ərzində uşaqlar üçün ustad dərsləri təşkil olunacaq.

“Evim” adlı ustad dərsləri yanvarın 15-dən start götürəcək. Ustad dərsinin iştirakçıları öz evlərinin xarici görüşünü təhlil edəcəklər və xatirələrini canlandıraraq onu kağız üzərində boyalarla çəkəcəklər.

Yanvarın 22-də isə mövzu “Günəş sistemi” olacaq. Uşaqlar planetlərin çalarlarını təhlil edib, onları müxtəlif texnikalarla təsvir edəcəklər.

Yanvarın 29-da “Saat neçədir?” mövzusunda dərsdə iştirakçılar gün ərzində zamanı necə idarə etdiklərini və hansı fəaliyyətlər ilə məşğul olduqlarını əks etdirən karton saat yaradacaqlar.

Ustad dərsləri 4-7, 8-12 yaş arasında uşaqlar üçün nəzərdə tutulub.