Tanınmış rusiyalı aktyor, rejissor, “Qızıl maska” mükafatı laureatı Konstantin Soldatov Bakıda aktyorlara təlim keçəcək.

“Avatar” aktyor təlimi yanvarın 14-də "SAT Plaza"da rusiyalı mütəxəssisin “Ritual mobil teatr laboratoriyası” layihəsi çərçivəsində təşkil olunacaq.

“Oyunçunun ruhunun axtarışı” və “Özünütəqdimat, özünə kənardan baxış” mövzularını əhatə edəcək təlim iştirakçılara oyun əhval-ruhiyyəsinə qərq olmaq imkanı verəcək.

K. Soldatov Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun məzunu, Moskvadakı B.Şukin adına Teatr İnstitutunun müəllimidir. Aktyorluq texnikasının müəllifi, Moskvada "Müasir Dram Məktəbi", "Meyerhold Mərkəzi" kimi layihələrin və Rusiyadan xaricdə 40-dan çox tamaşanın quruluşçu rejissorudur.