“Forbes” jurnalında 2023-cü ildə səyahət ediləcək ən yaxşı yerlərdən bəhs edən material dərc olunub. Bu il səyahətçilərə tövsiyə edilən ölkələr sırasında Azərbaycan da  var.

Qeyd edilib ki, Qafqaz dağlarının Dubayı adlandırılan Azərbaycanın paytaxtı Bakı təzadlar şəhəridir. “Siz şəhərin Orta əsrlərə aid köhnə şəhərinin divarlarının yanında parlaq Alov Qüllələrini və məscidləri tapa bilərsiniz. Bakı həm də Formula 1 yarışı olan Azərbaycan Qran-prisinin vətənidir. Ona görə də əgər siz F1 azarkeşisinizsə, ən azı 2024-cü ilə qədər şəhərin küçələrində yarışa çıxa bilərsiniz”, – deyə məqalədə bildirilir.

Məqalədə, həmçinin Gürcüstan, Bolqarıstan, Rumıniya, İspaniya, Fransa, Çexiya, İtaliya, Almaniya kimi ölkələrin adı yer alıb.