Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanın Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin qanunsuz istismarı ilə bağlı bəyanat yayıb. Bu barədə TDT-nin mətbuat xidmətindən məlumat verilib.

Bəyanatda deyilir: “Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarı, Ermənistana qaçaqmalçılıq yolu ilə aparılması, Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin qalıqlarının qanunsuz mövcudluğu və minalanması, Azərbaycanla Ermənistan arasında münasibətlərin qarşılıqlı hörmət səviyyəsində qalmasını, suverenliyi, ərazi bütövlüyünü və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozur. Bu qanunsuz hərəkətlər, regionda sülhün və sabitliyin təmin edilməsinə xidmət etmir”, – bəyanatda qeyd edilib.

Bəyanatda Ermənistanın bu qanunsuz əməllərinə dərhal son qoyulmasına çağırış edilib və Laçın-Xankəndi yolundakı dinc etirazların haqlı olduğu bildirilib.

TDT Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün Azərbaycan tərəfindən irəli sürülən sülh təşəbbüslərini də dəstəkləyib.

Mehparə Sultanova
Ankara