Mütaliənin şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində böyük rolu var. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında “Hərəyə bir kitab” adlı tədbir keçirilib.

Tədbirdə mütaliənin insanın söhbətcil və hazırcavablığında, təfəkkürünün dərinləşməsində böyük rola malik olmasından bəhs edilib. 

Kitabxanaçılar tərəfindən oxuculara uşaqların sevimli yazarı Gülzar İbrahimovanın elektron kitabları və şeirlər toplusu hədiyyə edilib.

Qeyd edək ki, uşaqların marağına səbəb olan aksiyanın gələcəkdə digər yazıçı və şairlərin kitabları ilə davam etdirilməsi nəzərdə tutulur.