Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aprel və may ayları ərzində bir sıra mehmanxana və mehmanxana tipli obyektlər dövlət təsnifatından keçirilib.
   Nazirliyin Turizm şöbəsindən verilən xəbərə görə, 5 hotelə müvafiq ulduz kateqoriyası verilib. Bakı şəhərindəki "Hilton Baku" və "İron" mehmanxanalarına 5, "The Crown Hotel" və "Royal" mehmanxanasına 4, "Consul" mehmanxanasına isə 3 ulduz dərəcəsi verilib.
   Qeyd edək ki, hazırda Azərbaycandakı 508 mehmanxana və mehmanxana tipli obyektin 336-sı Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir. Ölkədəki mehmanxana və mehmanxana tipli obyektlərin 72-si ulduz kateqoriyası alıb.

  Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar