Bakı Xoreoqrafiya Akademiyasında (BXA) 20 Yanvarın 33-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə bildirilib ki, 1990-cı il yanvarın 20-nə keçən gecə Bakıda sovet qoşunları tərəfindən törədilən qırğın birbaşa SSRİ rəhbəri Mixail Qorbaçovun göstərişi ilə Azərbaycan xalqına və ümumən insanlığa qarşı həyata keçirilən cinayət idi.

Həmçinin qeyd edilib ki, baş verənlərdən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ümummilli lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu qətliamı kəskin şəkildə pisləyib, dinc xalqa qarşı törədilən terroru hüquqa, insanlığa zidd addım adlandırıb.

Tədbirin sonunda BXA-nın orta təhsil pilləsinin şagirdlərinin ifasında 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib.