Medianın İnkişafı Agentliyinin (MEDİA) həyata keçirdiyi üçüncü könüllülük proqramına yekun vurulub.

Agentlikdən bildirilib ki, oktyabr-yanvar aylarını əhatə edən proqramın məqsədləri gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində onların fəal iştirakına şərait yaratmaq, həmçinin təcrübi biliklərini artırmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaq olub.

Üçüncü proqramın yekunlarına həsr olunan tədbirdə çıxış edən MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov layihə haqqında məlumat verib, nəticələri yüksək qiymətləndirib.

Qeyd olunub ki, proqram çərçivəsində könüllülər fərdi və peşəkar inkişaf təlimlərində, yerli və beynəlxalq tədbirlərdə, sosial aksiyalar və layihələrdə iştirak edib, eyni zamanda MEDİA-nın tədbirlərinin təşkilinə dəstək göstəriblər.

İcraçı direktor könüllülərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Proqramı uğurla başa vuran könüllülərə sertifikatlar təqdim olunub.