Fevralın 3-də Heydər Əliyev Mərkəzində “TATE-Hatoryu” qrupunun “Ənənəvi yapon qılınc döyüş sənəti üzrə səhnə performansı” adlı təqdimat olacaq.

Tədbir Yaponiyanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı, “ITOCHU, JTI Azərbaycan” və “ISR Auto, Landmark Bakı”nın dəstəyi ilə təşkil olunacaq.

Bu barədə səfirlikdən məlumat verilib.

Tate özündə qədim samuray döyüş sənəti, rəqs və Kabuki elementlərini birləşdirən unikal bir səhnə performansı olub, döyüş və hadisə filmləri, habelə təqdimat zamanı göstərilən realistik və dinamik səhnələri canlandırır. Bu dəfə Nyu-Yorkda fəaliyyət göstərən “TATE Hatoryu” qrupu xüsusi qılınc döyüş səhnələri hazırlayaraq samuray döyüş növü ilə musiqinin müşayiətində səlis qılınc hərəkətləri ilə çıxış edəcək. Təqdimat qədim yapon ənənələrinə dayanan unikal incəsənət növünü yaxından tanımaq üçün fürsətdir.