Fevralın 1-də Xətai Sənət Mərkəzində “Çiçəklər” mövzusunda etüd keçiriləcək.

Xətai Sənət Mərkəzindən verilən məlumata görə, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyası ilə birgə təşkil edilən tədbir 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunacaq.

Etüddə 15-29 yaş arasında rəssamlar iştirak edə bilərlər. Texnika və ölçü sərbəstdir.

İştirak etmək istəyənlər qeydiyyat üçün yanvarın 30-dək Xətai Sənət Mərkəzinin “WhatsApp” nömrəsinə (+99451 310 74 01) ad, soyad və təvəllüdlərini qeyd etməklə müraciət edə bilərlər. Sonda iştirakçılara sertifikatlar təqdim ediləcək.