Şəki RMİ Şəki şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə Vətən müharibəsinin Şəkidən olan şəhidlərinin övladları və qazilərin rayon ərazisindəki “Şəki yaylası” adlı istirahət mərkəzinə ekskursiyası təşkil olunub. Ekskursiyada idarə rəisi Azər Yusubov da iştirak edib.

Şəki Şəhər M.F.Axundzadə adına Mədəniyyət Mərkəzində rejissor Elvin Nüsrətoğlunun Vətən müharibəsi şəhidi Cavidan Məmmədliyə həsr etdiyi “365-ci gün” adlı qısametrajlı sənədli filminin təqdimatı keçirilib. Mərasimdə şəhidlərin valideynləri iştirak ediblər.

***

Sumqayıt RMİ Qubadlı rayon nümayəndəliyi tərəfindən Sumqayıt şəhər Şəhidlər xiyabanında I Qarabağ müharibəsi şəhidi Balakişi Hüseynovun anım tədbiri keçirilib. Qubadlı rayon Vasili Əliyev adına Mədəniyyət evi və Mahmudlu kənd Mədəniyyət evinin hazırladığı kompozisiya təqdim edilib, şeirlər söylənilib.

N.Məmmədli