Tələbələr Belarusun aparıcı teatrının səhnəsinə çıxacaqlar

 

Belarusun Böyük Teatrı 90 illik yubileyi münasibətilə maraqlı aksiyaya başlayıb. “Böyük Teatr arzuları gerçəkləşdirir” adlı aksiyada hər bir tələbə birgünlüyə teatrın səhnəsində artist olmaq imkanı qazanacaq.

Aksiya yaradıcı gənclər, istənilən universitetin tələbələri üçün nəzərdə tutulub. İstedadına güvənən tələbələr birgünlüyə bu teatrın yaradıcı heyətinin üzvü ola bilərlər. Arzusunu reallaşdırmaq istəyən gənclər bu səhnədə C.Puççininin “Bohema” operasının növbəti tamaşasında çıxış etmək şansı əldə edəcəklər. Aksiya üçün bu əsər təsadüfi seçilməyib. Çünki “Bohema” sənət həvəsli, yaradıcılığa meyil göstərən, bir yerdən başlamağa çalışan, ehtiyac içində yaşayan aktyor və şairlərin, musiqiçi və rəssamların, gənc istedadların həyatından bəhs edir.

Tələbələr öz xəyallarını gerçəkləşdirmək üçün həm də bəzi sosial şəbəkə kanallarından istifadə edərək Belarus Böyük Teatrında elfi və maraqlı videolar çəkərək bu sənət ocağının həştəqi ilə paylaşım etməlidirlər. Fevralın 7-də teatrın səhnəsinə çıxacaq beş şanslı tələbə müəyyən ediləcək.

L.Azəri