Xəbər verildiyi kimi, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi 27-28 yanvar tarixlərində Bakıda rəsmi səfərdə olub. Yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ilə görüşündən sonra iki ölkə arasında sənədlər imzalanıb.

Həmin sənədlərdən biri mədəniyyət sahəsində əməkdaşlıqla bağlıdır. “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Misir Ərəb Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Misirin xarici işlər naziri Sameh Həssən Şukri tərəfindən imzalanıb.