Fevralın 3-də Azərbaycan Rəngkarlığı Muzeyində “Yer kürəsi və incəsənət” layihəsi çərçivəsində müzakirələr aparılacaq.
YARAT-dan bildirilib ki, bu layihə qlobal, sosial və incəsənət aspektlərini özündə birləşdirən, həmin sahələrdə müəyyən töhfələr vermiş peşəkarların fikir mübadiləsini əhatə edir. Layihə yalnız incəsənət deyil, həm də nadir hallarda müzakirə olunan, lakin qlobal statusunu qoruyub saxlayan mövzuları da əhatə edəcək.
Tədbirdə “Bəşəriyyətin incəsənətdəki kodları: “METAKOD” sərgisinə yaxın perspektivdən baxış” mövzusu diqqət mərkəzində olacaq.
Layihənin ilk tədbirinin qonaqları hazırda muzeydə nümayiş edilən “METAKOD” sərgisinin kuratorları Fərəh Ələkbərli, Şirin Məlikova və Sabina Şıxlinskaya olacaq.
Moderatoru Mina Abbasova olan tədbirdə müzakirələr Azərbaycan və rus dillərində aparılacaq.