Azərbaycan Televiziyası illərdir ekrandan sənətsevərlər tərəfindən rəğbətlə izlənilən “Hicran” tamaşasını keyfiyyətli formada yayımlayacaq.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-dən bildirilib ki, SD formatında olan 82 dəqiqəlik tamaşa Türkiyədə HD formatına salınıb.
Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Akademik Musiqili Teatr) səhnəsində nümayişləri anşlaqla keçən “Hicran” tamaşası (Emin Sabitoğlu, Sabit Rəhman) 1983-cü ildə Azərbaycan Televiziyası tərəfindən videolentə alınıb.
Türkiyədə, TRT-nin mütəxəssislər, tərəfindən aparılan işlər zamanı vizual və səs restavrasiyası həyata keçirilib. Nəticədə tamaşanın görüntü keyfiyyəti dörd dəfə artıb. Mütəxəssislər “Hicran” tamaşası üzərində 15 gün iş aparıblar.