Monteneqronun paytaxtı Podqoritsada 270 ildən sonra ilk dəfə məscid tikilir. Sonuncu məscidin XVIII əsrdə tikildiyi şəhərdə Osmanlı dövrü abidələrindən biri olmuş Bəylər məscidi Monteneqro İslam Birliyi tərəfindən əvvəlki yerində yenidən inşa edilir. Sonradan “Hadroviç məscidi” kimi tanınan bu tarixi bina XX əsrin ortalarında sökülmüşdü.
Podqoritsanın Draç rayonunda tikintisinə başlanılan məscid üçün 130 min avro ianə toplanıb, layihənin dəyəri təxminən 620 min avro qiymətləndirilir. Tikinti işlərinin gələn ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.