Müəllifi süni intellekt müəyyən edib...

 

İspaniya Milli Kitabxanasının Əlyazmalar Kolleksiyasında indiyə qədər saxlanılan “Fransız qadın Laura” pyesinin müəllifi məlum olub. Süni intellekt vasitəsilə əsərin müəllifinin məşhur ispan dramaturqu Lope de Veqa olduğu müəyyənləşib.

Süni intellekt əsərin mətnini İspaniyanın Qızıl dövrünə (XVI–XVII əsrin əvvəlləri) aid yüzlərlə başqa komediyalarla müqayisə edib. Mətnlər arasında ən böyük oxşarlıq Lope de Veqanın pyesləri arasında tapılıb.

Komediyanın orijinal əlyazması dövrümüzə qədər gəlib çatmayıb. Əsərin günümüzə qədər son nüsxəsi XVII əsrə aiddir.

Professor Herman Veqa hesab edir ki, salamat qalmış əlyazma teatr truppaları üçün ssenari rolunu oynayıb, tamaşanın kənarlarında müvafiq qeydlər var.

Lope de Veqa (1562–1635) şair, nasir və dramaturq, İspaniya intibahının “qızıl dövr”ünün nümayəndəsidir. O, Servantesdən sonra ispan ədəbiyyatının ən görkəmli simalarından biri sayılır.