Fevralın 7-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında Beynəlxalq İnternet Təhlükəsizliyi Günü ilə bağlı “Kitabxana saytlarında təhlükəsizliyin təmin olunması” adlı tədbir keçirilib.
Tədbirdə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşı Aysel Hadıyeva, İT mütəxəssisi Rəşad Əliyev, sosial media mütəxəssisi Sənan Nəcəfov, baş idarəsinin tabeliyində fəaliyyət göstərən MKS-lərin informasiya-resurs şöbələrinin əməkdaşları iştirak ediblər.
Çıxışlarda internet təhlükəsizliyi, kitabxana saytlarında təhlükəsizliyin təmin olunması, uşaq və yeniyetmələrin sosial şəbəkələrdən düzgün istifadə qaydaları, saxta xəbərlərin yayılması, təhlükəsi və onun qarşısının alınması haqqında söhbət açılıb. Videoçarxlar təqdim olunub, mütəxəssislər sualları cavablandırıb.