2023-cü ildə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 90 yaşı tamam olur. İnstitutun cari il üçün fəaliyyət planında bu əlamətdar yubileyə də yer ayrılacaq.

Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclasında “Heydər Əliyev İli” ilə əlaqədar tədbirlər və nəşrlər, Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər, həmçinin institutun özünün 90 illiyinin qeyd olunması məsələləri və 2023-cü il üçün elmi tədqiqat işlərinin əhatəli planı nəzərdən keçirilib.

AMEA-nın prezidenti Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli bu istiqamətlərdə görüləcək işlərdən bəhs edib.

İclasda əməkdaşlardan Tahir Məsimov, İlham Məmmədli və Sevil Əfəndiyeva yubileyləri münasibətilə institutun fəxri fərmanları ilə təltif olunublar.

Təhsil şöbəsinin müdiri Samir Səttarov elmlər və fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların attestasiyadan keçməsinə dair məlumat verib.