Yunanıstanın “Kathimerini” gündəlik qəzeti öz saytında və sosial şəbəkələrdəki hesablarında Türkiyə xalqını dəstəkləyən rəsm dərc edib. Rəsmin müəllifi Dimitris Hadzapulos binanın fasadında “Biz hamımız türkük” yazan gənci təsvir edib.

Bu rəsm fransız satirik jurnalı “Charlie Hebdo”nun Türkiyədəki zəlzələdən sonra yayımladığı qalmaqallı karikaturaya özünəməxsus cavab olub.

Xatırladaq ki, türklərə və ümumilikdə müsəlmanlara qarşı düşmənçiliyi ilə fərqlənən “Charlie Hebdo” jurnalının “Twitter” hesabında Türkiyədə dağılmış binaları və aşmış avtomobilləri təsvir edən karikatura dərc edilib. Təxribatçı karikaturanın altında istehza ilə “Hətta tanklar da lazım deyil” sözləri yazılıb.