Fevralın 10-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmi seminar keçirilib.

İnstitutdan bildirilib ki, seminarda Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri professor İlhami Cəfərsoy “Albanların dili və etnik mənsubiyyəti”, Arxeologiya və Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Taleh Əliyev “Albanşünaslığın aktual məsələləri” mövzularında məruzələrlə çıxış ediblər.

Bildirilib ki, albanlar e. ə. IV əsr – b. e. IX əsrini əhatə edən on üç tayfadan ibarət dövlət yaradıblar. Həmin dövlət Göyçə mahalı ilə Azərbaycanın şimal rayonlarını əhatə edirdi.

Qeyd olunub ki, albanlar haqqında Türkiyənin Kayseri şəhəri yaxınlığında tapılan mixi yazılı mətnlərdə də məlumat verilir. Onların 38 və 52 hərfdən ibarət əlifbaları olub.

İnstitutun baş direktoru professor Nadir Məmmədli mövzunun aktuallığından danışıb. Sonda məruzələr ətrafında müzakirələr aparılıb.