Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ingilis yazıçısı Redyard Kiplinqin məşhur “Mauqli” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası haqqında məlumat vermişdik.

Premyera çərçivəsində teatrda gənc rəssamların əsərlərindən ibarət sərgi də keçirilib. Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, “Askerov Art”, “Crazy Art” studiyaları və teatrın birgə layihəsi üzrə reallaşan sərginin məqsədi uşaqların estetik zövqünün inkişaf etdirilməsi, istedadlı uşaqların aşkarlanması və onların təsviri sənətə olan meylini artırmaqdır.

Ekspozisiyada R.Kiplinqin “Cəngəlliklər kitabı”nın qəhrəmanı Mauqlini müxtəlif səpkidə təsvir edilən 40 rəsm yer alıb. Gənclərin əl işləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.