Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı Səfirliyini ziyarət edib.

Günay Əfəndiyeva səfir Cahit Bağcı ilə görüşərək qardaş ölkənin cənub-şərqində meydana gəlmiş dəhşətli zəlzələlər nəticəsində on minlərlə insanın həyatını itirməsi və yaralanmasından kədərləndiyini bildirib. Vəfat edənlərə Allahdan rəhmət, yaralananlara şəfa diləyib.

Fondun prezidenti səfirliyin matəm kitabına ürək sözlərini yazıb.