İslam Səfərlinin 100 illik yubileyi qeyd edilib

 

Fevralın 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında görkəmli şair, dramaturq, Əməkdar incəsənət xadimi İslam Səfərlinin (1923-1974) 100 illik yubileyinə həsr olunmuş “Bir şair ömrü” adlı tədbir keçirilib.

Tədbirdə şairin zəngin yaradıcılığı, lirik və vətənpərvərlik ruhlu, doğma Azərbaycanı tərənnüm edən şeirləri, bir-birindən maraqlı poemaları, dram əsərləri, eyni zamanda tərcüməçilik fəaliyyəti haqqında geniş söhbət açılıb.

İslam Səfərlinin əsərlərindən ibarət elektron kitab sərgisi, şairin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub, nəğməkar şairin sözlərinə bəstələnmiş mahnılar səsləndirilib.

Sonda ədibin ailə üzvləri onunla bağlı xatirələrini bölüşüblər və kitabxanaya kitablar hədiyyə ediblər.