14 fevral Beynəlxalq Kitab Bağışlama Günüdür. Dünyanın bir çox ölkələrində qeyd edilən əlamətdar günlə əlaqədar Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən virtual sərgi hazırlanıb.

“14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü” adlı sərgi fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr tam mətnləri ilə nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Beynelxalq_Kitab_Bagislama_Gunu/index.htm linkindən istifadə edə bilərlər.