Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar materiallar hazırlanaraq virtual rejimdə istifadəçilərə təqdim edilib.

Kitabxanadan bildirilib ki, materiallarda insanın şəxsiyyət kimi formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində mütaliənin əvəzsiz rolundan, faydalarından bəhs olunur.

Videoçarxda Beynəlxalq Kitab Bağışlama Gününün tarixi, məqsədi, qeyd edildiyi ölkələr haqqında geniş məlumat verilir.

Materiallarda həmçinin Gənclər Kitabxanasında mütaliə ilə əlaqədar keçirilən tədbir, aksiya və görüşlərdən fotolar da nümayiş olunur.