Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu təşkilatın qurucu üzv ölkəsi Türkiyədə fevralın 6-da baş vermiş zəlzələdən zərər çəkənlərə humanitar yardım göstərir.

Fonddan verilən məlumatda bildirilir ki, fəlakətin ilk günlərindən zəlzələ bölgələrində xilasetmə əməliyyatlarına dəstək məqsədilə lazımi təchizat göndərilib.  Eyni zamanda zəruri körpə qidaları və təşkilatın uşaqlar üçün nəşr etdiyi kitablar Türkiyənin zəlzələ nəticəsində dağıntılara məruz qalmış vilayətlərinə yola salınıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türkiyə xalqının üzləşdiyi faciə zamanı həlak olanların ailələrinə, yaxınlarına bir daha başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayır.