Bakıdakı STEAM İnnovasiya Mərkəzinə şəhid övladlarının ziyarəti təşkil olunub. Elm və Təhsil Nazirliyindən bildirilib ki, fevralın 15-də mərkəzə gələn 80-dən çox şəhid övladı mütəxəssislər tərəfindən əvvəlcədən hazırlanmış proqram əsasında əyləncəli və öyrədici məzmuna malik elm şousu, ideya emalatxanası, “Rəqəmlərlə havada” adlı uçuş simulyatoru, eləcə də “Sfera üzərində elm”, “İllüziyalar və fiziki eksponatlar”, “Virtual reallıq”, “Sadə proqramlaşdırma (ibtidai sinif şagirdləri üçün)” məkanları ilə tanış olublar.

Əsas məqsəd şagirdlərə elmin çətin deyil, əksinə, maraqlı və əyləncəli olduğunu göstərmək olub.

STEAM İnnovasiya Mərkəzinin əməkdaşları tərəfindən şagirdlərdə maraq doğuran suallar cavablandırılıb.