Bakıdakı Ukrayna mərkəzində “Mriya” (Ukrayna dilində “arzu”) şənbə məktəbi fəaliyyət göstərməyə başlayıb.

Şənbə məktəbində uşaqlara Ukrayna dili, ədəbiyyatı, tarix və mədəniyyəti tədris olunacaq. Məktəbə 5-9 yaşlı uşaqlar qəbul olunur.

Xatırladaq ki, 2021-ci ildən Bakıda fəaliyyət göstərən Ukrayna mərkəzi Ukrayna və Azərbaycanın ali məktəblərinin birgə layihələrini həyata keçirir, tələbə mübadiləsi aparır. Mərkəz tərəfindən art-layihələr və tematik görüşlər təşkil olunur.