Azərbaycan Dövlət Kukla Teatrı daha bir sosial-mədəni aksiya həyata keçirib. Kuklaçılar bu dəfə 1 fevral – “Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü” münasibətilə Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasında müalicə alan uşaqları sevindiriblər.

“Avrora Qrup”la birgə təşkil edilən ziyarət zamanı mərkəzdəki uşaqlar üçün teatrın repertuarından “Qoğal” tamaşası nümayiş etdirilib.

Balacalar üçün əyləncəli oyunlar da təşkil olunub.