AMEA-nın Folklor İnstitutunda Ümummilli liderin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev və xalq mədəniyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Mayın 16-da təşkil olunacaq konfransda məruzələr Heydər Əliyevin elm, xalq mədəniyyətinin inkişafı sahəsindəki fəaliyyəti, habelə dahi siyasətçinin irəli sürdüyü tezislər, tövsiyələr, müdrik kəlamları işığında folklorun ayrı-ayrı məsələlərini əhatə edəcək.

Konfransda iştirak etmək istəyənlər məruzələrinin tam mətnini 1 aprel 2023-cü il tarixinədək 100.illik@mail.ru elektron poçt ünvanına göndərə bilərlər.

Təşkilat komitəsi tərəfindən qəbul edilmiş məruzələr toplu halında çap olunacaq və konfrans iştirakçılarına paylanılacaq.