Fevralın 20-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, görkəmli xanəndə Arif Babayevin 85 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək.

Filarmoniyadan bildirilib ki, musiqili gecədə Xalq artistləri Mənsum İbrahimov, Zabit Nəbizadə, Nəzakət Teymurova, Aygün Bayramova, Elşən Mansurov, Elçin Həşimov, Əməkdar artistlər Cabir Abdullayev, Təyyar Bayramov, Fehruz Məmmədov, Zakir Əliyev, Gülüstan Əliyeva, Bəyimxanım Vəliyeva, Elnur Əhmədov, Əliağa Sədiyev, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar müəllim Qəzənfər Abbasov səhnəyə çıxacaqlar.

Yubiley konsertində həmçinin Vüqar Əliyev, Səbuhi İbayev, Hüseyn Məlikov, Mirələm Mirələmov, Elnur Zeynalov, Rəvanə Əmiraslanlı, Elman Sadıqov, Rauf İslamov, Rəşad İbrahimov, Təbriz Yusubov, Xəyyam Məmmədov, Altay Niftəliyev, Araz Ağaverdiyev, Ələkbər Ələkbərov ustad xanəndənin repertuarından musiqi nümunələrini səsləndirəcəklər. Konsertə giriş sərbəstdir.