Azərbaycan Milli Xalça Muzeyində bəşər tarixinin ən amansız və qanlı hadisələrindən olan Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar silsilə tədbirlərə başlayır.

Faciənin ildönümünə həsr olunan ilk tədbirdə “Ana və uşaq” və “Nərmin” filmləri nümayiş etdirilib.

Hər iki filmin rejissoru Nadir Maçanov, bəstəkarı Emil Həşimov və aktrisalar Aygün Fətullayeva, Natəvan Abbaslı tamaşaçılara filmlə bağlı məlumat verib və onların suallarını cavablandırıblar.