Heydər Əliyev Sarayı Novruz bayramı ilə əlaqədar tətil günlərində uşaqları maraqlı, musiqili, interaktiv və əyləncəli proqramla sevindirəcək.

22, 23 mart tarixlərində sarayın səhnəsində “Cırtdan və dostlarının Novruz macəraları” adlı möhtəşəm bayram şənliyi keçiriləcək.

Hər il olduğu kimi, bu il də Novruzun sevilən personajları Kosa və Keçəl şənliyin əsas simaları olacaqlar. Sevimli qəhrəmanlar uşaqlara Novruz bayramı, baharın gəlişi, ilaxır çərşənbələri və digər adət-ənənələr barədə məlumat verəcəklər.

Bundan əlavə, uşaqlar Kosa və Keçəlin məzəli deyişmələrindən ibarət səhnəcikləri, rəqs kollektivlərinin ifasında milli və müasir rəqsləri, musiqili qonaqların çıxışını izləyə biləcəklər.

Lalə