Xalq artisti, ustad xanəndə Arif Babayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Dövlət başçısı İlham Əliyev bununla bağlı fevralın 21-də sərəncam imzalayıb.

Arif İmran oğlu Babayev Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, fevralın 20-də sənətkarın 85 yaşı tamam olub. Ustad xanəndə 1998-ci ildə “Şöhrət” ordeni, 2008-ci ildə “İstiqlal” ordeni, 2018-ci ildə “Şərəf” ordeni ilə təltif edilib. 2010-cu ildə Heydər Əliyev Fondunun “Qızıl çinar” beynəlxalq mükafatına layiq görülüb.

Arif Babayevi əlamətdar yubileyi və dövlət təltifi münasibətilə təbrik edirik.