Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Kamera ansamblı kafedrası tələbələrinin Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş konserti olub.

Akademiyadan bildirilib ki, konsertdə professorlar Kəmalə Neymanova, Töfhə Babayeva, Fəridə Əhmədbəyova, Xanım Abdullayevanın tələbələri – Rəşad Abdullayev, Məryəm Məmmədova, Lamiyə Sərxanova, İlahə Məmmədova, Lalə Gözəlova, Renata Abubəkirova, Əzizə Abdullayeva, Əli Günəşov, Əhməd Əhmədov, Rəşad Ağayev, Jalə İslamova, Zərrin Əliyeva, Orxan Cumayev, Nərminə İsmayılova, Osman Mustafazadə çıxış ediblər.

Konsertdə L.Bethoven, F.Şubert, K.Debüssi, D.Şostakoviç, M.Qlinka və F.Sayın əsərləri səsləndirilib.