Erməni silahlı dəstələrinin 1992-ci ilin 26 fevralında Xocalıda törətdiyi soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Azərbaycan tarixinə ən faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirilmiş, 487 dinc sakin şikəst edilmişdi.

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Xocalı soyqırımı” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Xocalı faciəsini özündə əks etdirən kitab və dövri mətbuat materialları, fotoşəkillər nümayiş olunur.

Virtual sərginin linki: https://bit.ly/3kn2GLs