Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Suraxanı rayon Heydər Əliyev Mərkəzinin və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş "Xocalı – şəhid şəhər" adlı tədbir keçirilib.

Uşaq-gənclər inkişaf mərkəzinin "Uşaq teatrı", "Bədii qiraət", "Mahnı teatrı", "Musiqisevərlər", "Milli rəqs" dərnəklərinin üzvləri vətənpərvərlik mövzusunda şeirlər, səhnəciklər, mahnı və rəqslərdən ibarət proqramla çıxış ediblər.

Xocalı faciəsini əks etdirən videoçarx nümayiş olunub.

Tədbir iştirakçıları mərkəzin həvəskar rəssamlarının Xocalı faciəsinə həsr etdikləri əl işlərinin sərgisinə də baxıblar.