Türkiyədə əsrin fəlakəti sayılan 6 fevral zəlzələlərinin acı tablosu daha da böyüyüb. Fevralın 22-də gecə saatlarında Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi Agentliyi – AFAD həlak olanların sayının 43 min 556 nəfərə çatdığını bildirib.

Zəlzələ zonasında dağıntıların təmizlənməsi davam edir və çökmüş binalar altından çıxarılan cəsəd sayı hər ötən gün artır. Xatırladaq ki, bu məlumatdan bir gün öncə, 21 fevralda ölü sayı 42 min 310 nəfər göstərilmişdi.

Fəlakət nəticəsində ev-eşiyindən olan, 1,3 milyona yaxın insan çadır şəhərciklərində, modul evlərdə və  müxtəlif vilayətlərdə yataqxanalarda, turistik təsislərdə yerləşdirilib.

Zəlzələ zonasında ağır və orta zədəli olduğu təsbit edilən və söküləcək bina sayı isə 160 mini keçib.