10-12 mart tarixlərində Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Bölgələrə kitabla gedirik!” şüarı altında I Lənkəran Kitab Sərgisi keçiriləcək.

Sərgi "Azərbaycan Nəşriyyatları Assosiasiyası" İctimai Birliyi, Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Ölkəmizin aparıcı nəşriyyatlarının iştirakı edəcəyi sərgidə nəşr nümunələrinə 90 faizədək endirimlər tətbiq olunacaq. Üç gün davam edəcək kitab bayramı üçün zəngin proqram tərtib edilib. Sərgi çərçivəsində tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və ustad dərsləri keçiriləcək.

Xatırladaq ki, “Bölgələrə kitabla gedirik!” şüarı altında ənənəvi sərgilər 2021-ci ildən keçirilir. Ötən müddətdə Gəncə və Sumqayıtda sərgilər təşkil olunub.

Nurəddin