Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan anım konserti təşkil olunub.

Dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi altında Bakı Kamera Orkestrinin (bədii rəhbər – Xalq artisti, professor Fərhad Bədəlbəyli, direktor – Xalq artisti, professor Yeganə Axundova) ifasında musiqi nömrələri səsləndirilib.