Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tam orta təhsil pilləsi şagirdlərinin ifasında Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ithaf edilmiş şeirlər, “Qanlı fevral gecəsi”, “Şəhid anası” və “Badam çiçəyi” adlı səhnəciklər təqdim olunub, “Xocalı soyqırımı – 1992” filmi nümayiş etdirilib.

BXA-nın müəllim heyəti çıxış edərək Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan Xocalı faciəsinin xalqımıza qarşı törədilmiş, insanlığa sığmayan soyqırımı aktı olduğunu vurğulayıblar. Bu soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi qiymətin verilməsinin vacibliyi vurğulanıb.

Sonda isə Xocalı qətliamına həsr olunmuş kitab və rəsm sərgisi keçirilib.