Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – turançılıq ideyasının geniş miqyasda yayılmasına xüsusi töhfələr vermiş tanınmış macar alimləri və elm korifeylərinin həyat və fəaliyyətini əks etdirən “Macar etüdləri” kitabı işıq üzü görüb.
Görkəmli filoloq, professor Vilayət Quliyevin təhlil və araşdırmaları əsasında ərsəyə gəlmiş kitab macar-türk əlaqələrinin mənəvi yaxınlığının tarixi köklərindən bəhs edir. “Hun-türk qurultayı və Macarıstanda turançılıq”, “Macarları özlərinə tanıdan alim”, “Macar türkologiyasının ikinci adamı”, “Budapeştdə türk ellərinin elçisi”, “Avropa türkologiyasının son mogikanı” kimi maraqlı faktlar və hadisələrlə zəngin fəsillər üzrə tərtib edilib.