Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Azərbaycan HR İnstitutu (AHRİ) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

ATMU-dan verilən məlumata görə, memorandumda ixtisaslı kadr hazırlığını şərtləndirən bir sıra məsələlər əksini tapıb.

Sənəddə tələbələrin bilik və bacarıqlarının müntəzəm artırılması, uyğun ixtisaslar üzrə kadr hazırlığının təşkili, kadr ehtiyaclarının təmini istiqamətində birgə fəaliyyət, tədris plan və proqramlarının (kurikulumların) sənayenin ehtiyaclarına uyğun işlənib hazırlanması, təlimlərin müştərək təşkili, tələbə kontingenti arasında sahibkarlıq bacarıqlarının aşılanması, təlim və təcrübə üçün şəraitin yaradılması, turizm və menecment sahələri üzrə işəgötürənlərlə əlaqələrin daha da möhkəmləndirilməsi və s. fəaliyyət istiqamətləri əksini tapıb.