“Milli Azərbaycan Tarixi Muzeyi – 2022” elmi məqalələr toplusu çap olunub. Muzeyin baş direktoru akademik Nailə Vəlixanlının redaktorluğu ilə nəşr edilən topluda “Tarix”, “Muzey materialları Vətən tarixinin öyrənilməsində mənbə kimi”, “Arxeologiya”, “Etnoqrafiya” bölmələri üzrə xarici tədqiqatçıların, muzey əməkdaşlarının və başqa alimlərin məqalələri (Azərbaycan və rus dillərində) dərc olunub.

Topluda “Muzey XXI əsrdə. Klassikliklə interaktivliyin nisbəti problemləri” beynəlxalq elmi konfransın materialları da yer alıb.