Qazax Müəllimlər Seminariyası / ADA Universiteti Qazax Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Qarabağ Dirçəliş Fondu və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə “Qarabağın bərpası şagirdlərin gözü ilə” şüarı altında olimpiada keçirilir.

Olimpiadanın məqsədi şagirdləri layihə əsaslı biliklərə yiyələnməyə, Qarabağla bağlı bilikləri təcrübədə istifadə etmələrinə təşviq etmək, eləcə də onların araşdırma və təqdimat bacarıqlarının, dəyərləndirmə və yaradıcılıq təfəkkürlərinin inkişafına dəstək olmaqdır.

Azərbaycançılıq ideyasında yeni səhifə açan Zəfərimizin qürurunu daim hiss etməli, işğaldan azad edilmiş ərazilərin bərpası üçün hamılıqla çalışmalıyıq. Bu istiqamətdə məktəblilərin də deyəsi sözü, nümayiş etdirəsi layihəsi var. Məktəblilər “Azərbaycanın gənc qurucuları” adlı ölkə üzrə ilk layihə əsaslı olimpiada iştirakçıları sırasına qoşulmağa dəvət edilir.

Olimpiadada iştirak şərtləri, layihə üçün meyarlar və tövsiyə olunan istiqamətlərlə bağlı ətraflı məlumat ADA Universitetinin saytında.