Abdulla Şaiqin doğum günündə məzarı ziyarət olunub

 

Fevralın 24-də Azərbaycan ədəbiyyatının klassiki – yazıçı, şair, dramaturq, pedaqoq Abdulla Şaiqin (1881-1959) anadan olmasının 142-ci ildönümü tamam olub. Bu münasibətlə Fəxri xiyabanda ədibin məzarı başında “Şaiqanə yad et” adlı tədbir keçirilib.

Tədbirdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun, Abdulla Şaiq adına Uşaq Kitabxanasının əməkdaşları, gənc yazarlar, ADMİU-nun tələbələri, muzey əməkdaşları və Abdulla Şaiqin Mənzil-Muzeyinin yanında fəaliyyət göstərən “Vətən” yaradıcılıq birliyinin üzvləri iştirak ediblər. Tədbirdə Abdulla Şaiqin yaradıcılığı ilə bağlı çıxışlar olub və ədibin uşaq şeirləri səsləndirilib.